Avtomobildə xeyli dərman preparatı və qadın geyimləri aşkarlanıb
Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Lada-219020 Granta" markalı avtomobil Əməliyyat və təhqiqat şöbəsinin məlumatı əsasında yoxlanılıb.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindəki qaz balonunun içərisində gömrük nəzarətindən gizlədilən 97 ədəd şüşə flakon və 1400 həb müxtəlif adda dərman preparatları, həmçinin 32 ədəd müxtəlif markalı qadın geyimləri aşkarlanıb.
Hazırda faktla bağlı araşdırma aparılır.