Rusiyada Ukraynaya casusluq edən şəxs saxlanılıb

Dünya

19.08.2022 - 13:43

Agenti 20 ilə qədər həbs cəzası gözləyir

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Krasnodarda Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) casusluq edən şəxsi saxlayıb.

AYNA Rusiya mediasına istinadən bildirir ki, FTX-nin məlumatına görə, rusiyalının özü SBU nümayəndələri ilə əlaqə saxlayıb və onlara ödəniş müqabilində Rusiyanın təhlükəsizliyini təhdid edən məlumatları toplamaq təklif edib.

Həmin şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci (“Dövlətə xəyanət”) maddəsi ilə iş açılıb. Agenti 20 ilə qədər həbs cəzası gözləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş