Qəzanın nəticələrinin aradan qaldırılması üçün komissiya yaradılıb
Rusiyada radarlardan itən “An-24” sərnişin təyyarəsinin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib.
AYNA.AZ Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə təcili xidmətlər məlumat verib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, axtarış işləri zamanı “Rosaviasiya”nın “Mi-8” helikopteri “AN-24” təyyarəsinin gövdəsini aşkar edib.
Qurum əlavə edib ki, təyyarə düşdükdən sonra yanıb. Xilasedicilər qəza yerinə yollanırlar.
Bildirilib ki, təyyarədə 43 sərnişin (onlardan 5-i uşaq) və 6 ekipaj üzvü olub.
Rusiyanın Baş naziri Mixail Mişustin Amur bölgəsində qəzanın nəticələrinin aradan qaldırılması üçün hökumət komissiyası yaradıb.
Komissiyaya nəqliyyat naziri Andrey Nikitin rəhbərlik edəcək.
M.Mişustinin tapşırığı ilə Nikitin və “Rosaviasiya”nın rəhbəri Dmitri Yadrov təyyarə qəzası yerinə uçacaqlar.
“Rosaviasiya”nın məlumatlarına görə, qəzaya uğrayan “An-24” təyyarəsi 2018-ci ildən bəri dörd hava insidentində iştirak edib.