Rusiyada hərbi təyyarə qəzaya uğrayıb

Dünya

24.03.2025 - 21:55

Həkimlər Klinikalar SEO Xidməti

“Təyyarə insanların olmadığı əraziyə düşüb və düşdüyü yerdə heç bir dağıntı yoxdur”

Rusiyanın Primorye diyarında Su-25 təyyarəsi təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb. AYNA.AZ rus mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, pilot katapult edib və axtarış-xilasetmə qrupu tərəfindən aşkar olunub. Pilotun həyatı və sağlamlığı üçün təhlükə yoxdur: “Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Təyyarə insanların olmadığı əraziyə düşüb və düşdüyü yerdə heç bir dağıntı yoxdur”.

İlkin məlumata görə, qəzaya səbəb texnik nasazlıq olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş