Rusiyada ana dörd uşağı ilə birlikdə yanaraq ölüb

Dünya

17.11.2024 - 10:48

Həkimlər Klinikalar SEO Xidməti

Yanan evdən ata, 12 və 14 yaşlı uşaqları çıxa biliblər

Rusiyanın Novosibirsk vilayətində baş verən yanğın nəticəsində beş nəfər ölüb.

AYNA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hadisə Kupinski rayonunun Novoselye kəndində çoxuşaqlı ailənin yaşadığı fərdi evdə baş verib.

Yanan evdən ata, 12 və 14 yaşlı uşaqları çıxa biliblər.

“Evdə bir ana və dörd uşaq qalıb. Təəssüf ki, onların hamısı ölüb”, - deyə mətbuat xidmətindən bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş