Rusiyada 115 nəfər şaurmadan zəhərlənib

Dünya

09.09.2024 - 18:52

Həkimlər Klinikalar SEO Xidməti

Şaurmanın satıldığı məntəqənin fəaliyyəti 60 gün müddətinə dayandırılıb

Rusiya Federasiyasının Kareliya Respublikasının Segeja şəhərində 48-i uşaq olmaqla 115 nəfər şaurmadan zəhərlənib.

AYNA xəbər verir ki, zəhərlənənlərə orta və ağır dərəcəli salmonellyoz diaqnozu qoyulub.

 

"Rospotrebnadzor"un respublika üzrə nümayəndəliyindən verilən məlumata görə, məhkəmə şaurmanın satıldığı məntəqənin fəaliyyətini 60 gün müddətinə dayandırıb.

Şəhərdəki üç məktəb sentyabrın 11-dək karantinə bağlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş