“İctimaiyyətə açıqlanmayan sənədə baxılmayana qədər Rusiya rəsmi mövqe bildirməyəcək”
“Ermənistanın Sünik (Zəngəzur) rayonundan kommunikasiya xətləri açılarkən Rusiya sərhədçilərinin olması nəzərə alınmalıdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Aleksey Fadeyev “Tramp marşrutu” ilə bağlı açıqlamasında deyib.
O əlavə edib ki, layihənin təfərrüatları öyrənilənə və hələlik ictimaiyyətə açıqlanmayan sənədə baxılmayana qədər nazirlik rəsmi mövqe bildirməyəcək.
Fadeyev əlavə edib ki, Rusiya 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunmuş üçtərəfli razılaşmaları aktual hesab edir və tərəflərdən heç biri bu sazişlərdən çıxmaq niyyətini bəyan etməyib.