Rusiya və Ukrayna hərbi əsirləri mübadilə ediblər

Dünya

12.04.2026 - 00:21

Hərbi əsirlərdən əlavə, Kursk bölgəsinin yeddi sakini də Rusiya tərəfinə təhvil verilib

Rusiya və Ukrayna Pasxa bayramı ərəfəsində 175-ə 175 hərbi əsir mübadilə edib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri vasitəçi kimi çıxış edib.

Qeyd olunub ki, hərbi əsirlərdən əlavə, Kursk bölgəsinin yeddi sakini də Rusiya tərəfinə təhvil verilib.

Ukrayna Prezidenti Volodimir Zelenski mübadilə nəticəsində 175 Ukrayna hərbçisinin geri qaytarıldığını təsdiqləyib. O bəzilərinin yaralandığını söyləyib.

Hərbçilərin əksəriyyəti 2022-ci ildən bəri əsirlikdə saxlanılırdı. Zelenski deyib ki, yeddi mülki şəxs də Ukraynaya təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş