Rusiya və İran Azərbaycanla Ermənistanın da iştirak etdiyi enerji körpüsü layihəsini müzakirə edir

Xəbərlər

13.02.2024 - 16:37

Layihə pik yüklənmə dövrlərində elektrik enerjisinin mübadiləsini və nəqlini nəzərdə tutur

Rusiya, Azərbaycan, İran və Ermənistan arasında enerji körpüsü yaratmaq üçün layihə hazırlanır. AYNA xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfiri Aleksey Dedov bildirib.

“Digər bir layihə Rusiya-Zaqafqaziya-İran enerji körpüsünün yaradılmasıdır ki, bu körpü pik yük dövrlərində Rusiya, Azərbaycan, Ermənistan və İran arasında elektrik enerjisinin mübadiləsini və nəqlini nəzərdə tutur”, - Dedov “RİA Novosti”yə müsahibəsində deyib.

Diplomat qeyd edib ki, Moskva və Tehran artıq müvafiq danışıqlar aparır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş