Rusiya təyyarə yanacağı ixracını dayandırıb

Dünya

01.06.2026 - 22:16

qadağa 1 iyundan 30 noyabr 2026-cı il tarixinədək qüvvədədir

Rusiya təyyarə yanacağının ixracını dayandırıb. AYNA.AZ rus mediasına istinadən bildirir ki, müvəqqəti qadağa 1 iyundan 30 noyabr 2026-cı il tarixinədək qüvvədədir.

Hökumət bu qərarı daxili yanacaq bazarında sabitliyi qorumaq üçün zəruri hesab edib.

Qeyd olunub ki, məhdudiyyətlər hazırda təyyarə çənlərində olan təyyarə yanacağına, artıq göndərilmək üçün rəsmiləşdirilmiş göndərişlərə və ya hökumətlərarası müqavilələr çərçivəsində edilən göndərişlərə şamil edilməyəcək.

"Hazırda təyyarə yanacağı çatışmazlığı yoxdur. Vəziyyətin necə inkişaf etməsindən asılı olmayaraq, səylərimiz Rusiya aviaşirkətlərinin maraqlarını təmin etməyə yönəlib", - deyə Rusiyanın nəqliyyat naziri Andrey Nikitin vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş