Rusiyanın neft tədarükü bu il 75 faiz artaraq gündə təxminən 60.000 barelə çatıb
Rusiya Suriyanın əsas neft təchizatçısına çevrilib. AYNA.AZ xəbər verir ki, bu barədə "Reutres" məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Rusiyanın neft tədarükü bu il 75% artaraq gündə təxminən 60.000 barelə çatıb.
Bu dinamika Suriyanın məhdud seçimlərini vurğulayır. Ölkə müharibədən Qərbə üz tutaraq çıxsa iqtisadiyyatı qlobal maliyyə sisteminə inteqrasiya olunmayıb. Yeni hökumət Qərblə yaxınlaşmasına və Bəşər Əsədə hərbi dəstəyinə görə Moskvaya geniş yayılmış inamsızlığa baxmayaraq, neft tədarükündən imtina etməyib.
Xatrladaq ki, Avropa və Vaşinqton ötən il ölkəyə qarşı onilliklərdir davam edən sanksiyaları ləğv edib.