Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin poliqonuna zərbələr endirib

Dünya

30.07.2025 - 13:11

Zərbə nəticəsində 3 əsgər həlak olub, 18 əsgər yaralanıb

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin poliqonuna zərbələr endirib. AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunlarının “Telegram” kanalında məlumat verilib.

Zərbə nəticəsində 3 əsgər həlak olub, 18 əsgər yaralanıb.

“Hərbi qulluqçuların həlak olması və yaralanmasının vəzifəli şəxslərin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən edilərsə, təqsirkar şəxslər məsuliyyətə cəlb olunacaqlar”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş