Rusiya Odessa limanına qanadlı raketlərlə zərbələr endirib

Dünya

23.07.2022 - 15:34

Həkimlər Klinikalar SEO Xidməti

İyulun 23-də Odessada bir neçə partlayış olub

Bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələri Odessa dəniz ticarət limanına “Kalibr” tipli qanadlı raketlərlə zərbələr endirib.

Bu barədə AYNA-ya “RBK-Ukrayna”ya istinadən xəbər verir.

Qeyd olunur ki, iki raket hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, ikisi isə liman infrastrukturunun obyektlərinə dəyib.

İyulun 23-də Odessada bir neçə partlayış olub. Şəhərdə hava hücumu xəbərdarlığı edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş