Tomas Malinen: “Finlandiya raketlər, ola bilsin ki, nüvə raketləri ilə məhv ediləcək”
“Rusiya ilə NATO ölkələri arasında genişmiqyaslı müharibə baş verərsə, Finlandiya məhv ediləcək”. AYNA xəbər verir ki, bu fikri Helsinki Universitetinin professoru Tomas Malinen “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Fakt budur ki, NATO ilə Rusiya arasında müharibə başlayarsa, Finlandiya raketlər, ola bilsin ki, nüvə raketləri ilə məhv ediləcək”, - ekspert qeyd edib.
Professorun sözlərinə görə, məhv olmaq təhlükəsi yalnız Finlandiya NATO-ya daxil olduqdan sonra yaranıb.