Rusiya məhkəməsi canlı yayımda plakat açan televiziya əməkdaşını cərimələyib

Dünya

15.03.2022 - 23:53

Həkimlər Klinikalar SEO Xidməti

Ovsyannikova özünü təqsirli bilməyib

Məhkəmə Rusiyanın “Pervıy” televiziya kanalının canlı efirində Ukraynada müharibəyə qarşı etiraz edən Mariya Ovsyannikovanı cərimə edib.

AYNA-nın APA-ya istinadla xəbərinə görə, məhkəmənin qərarı ilə Ovsyannikova İnzibati Xətalar Məcəlləsinin 20.2-ci (icazəsiz tədbir keçirmə) maddəsi ilə təqsirli bilinərək 30 min rubl (450 manat) məbləğində cərimə olunub.

 

Ovsyannikova özünü təqsirli bilməyib.

Qeyd edək ki “Pervıy” Kanalın əməkdaşı Mariya Ovsyannikova martın 14-də xəbərlərin canlı yayımı zamanı kamera qarşısına çıxaraq, üstündə “müharibəyə yox” sözləri yazılmış plakat açıb və “müharibəni dayandırın!” şüarı səsləndirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş