Rusiya Kursk bölgəsinə böyük hücum planlaşdırır

Dünya

11.11.2024 - 10:52

Həkimlər Klinikalar SEO Xidməti

CNN: yaxın günlərdə yeni hücum başlaya bilər

Rusiya Şimali Koreyadan olanlar da daxil olmaqla on minlərlə hərbçidən ibarət böyük qrupla Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki mövqelərinə hücum etməyi planlaşdırır. AYNA xəbər verir ki, bu barədə anonim ABŞ rəsmisi CNN-ə bildirib.

Qeyd edib ki, yaxın günlərdə yeni hücum başlaya bilər. Ukraynalı komandirlərdən biri söyləyib ki, Şimali Koreya qoşunları Kursk vilayətində döyüşlərdə, həmçinin Belqorod vilayətində və Ukraynanın işğal olunmuş ərazilərində müdafiə əməliyyatlarında iştirak edirlər: “Əsasən, vəzifələr müdafiənin ikinci eşalonundadırlar. Bu qruplaşmalar yaxın vaxtlarda Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak edəcəklər”.

Hərbçi əlavə edib ki, xarici qoşunların şəxsi heyəti arasında artilleriya mütəxəssisləri və snayperlər də var.

“Onların müdafiədə iştirakı işğalçılara öz əsgərlərini cəbhənin digər sektorlarında hücuma keçirməyə imkan verir. Sonradan onlar özləri birbaşa döyüş əməliyyatlarında istifadə olunurlar”, - deyə ukraynalı komandir qeyd edib.

Müəllif: Ayna.az