Rusiya İstintaq Komitəsi Navalnının ölüm səbəbini müəyyənləşdirib

Dünya

15.08.2024 - 16:01

Həkimlər Klinikalar SEO Xidməti

Komitə Yuliya Navalnayaya ərinin ölümü ilə bağlı sənəd göndərib

Rusiya İstintaq Komitəsi müxalif fəal Aleksey Navalnının ölüm səbəbini müəyyən edib. AYNA xəbər verir ki, bu barədə “Caution News” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, İstintaq Komitəsi Yuliya Navalnayaya ərinin ölümü ilə bağlı sənəd göndərib. Orada bildirilir ki, məhkəmə-tibbi ekspertiza komissiyasının rəyinə əsasən, Navalnı birləşmiş xəstəlikdən - damar və orqanların zədələnməsi ilə müşayiət olunan hipertoniya, beyin ödeminin inkişafı ilə çətinləşən diffuz miokardiyoskleroz, ürəyin mədəcik fibrilasiyası və ağciyər ödemi səbəbindən dünyasını dəyişib.

Sənəddə qan laxtası ilə bağlı versiya təkzib edilib.

Rusiya Federal Penitensiar Xidmətinin açıqlamasına görə, Navalnı fevralın 16-da cəza çəkdiyi cəza çəkdiyi həbsxanada özünü pis hiss edib. Hadisə yerinə gələn həkimlər bütün lazımi reanimasiya tədbirlərini həyata keçirsələr də, onu xilas edə bilməyiblər.

Qeyd edək ki, həbsxanada ölən müxalifətçi martın 1-də Moskvada dəfn edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş