Qlen Dizen: “Ukraynanın Rusiya aerodromlarına hücumu nüvə müharibəsinə səbəb ola bilər”
Ukraynanın Rusiya aerodromlarına hücumu Rusiya ilə NATO arasında nüvə müharibəsinə səbəb ola bilər. AYNA.AZ xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində Cənub-Şərqi Norveç Universitetinin professoru Qlen Dizen yazıb.
“Rusiyanın strateji bombardmançı təyyarələrinə qəfil hücum NATO və Rusiyanı nüvə müharibəsinə bir addım yaxınlaşdıran nəhəng eskalasiyadır”, o qeyd edib.
Dizen həmçinin ABŞ Prezidenti Donald Trampı Rusiya lideri Vladimir Putinə zəng etməyə çağırıb.
Qeyd edək ki, iyunun 1-də Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri Rusiyanın bir sıra regionlarında hərbi aerodromlara hücum edib.