Rusiya genişmiqyaslı nüvə silahı təlimlərinə başlayıb

Dünya

19.05.2026 - 13:53

Mayın 21-dək davam edəcək təlimlərdə 64 min hərbçi iştirak edir

Rusiya ordusu nüvə təlimlərinə başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə 64.000 hərbçinin iştirak etdiyi bildirilib.

Təlimlər 21 maya qədər davam edəcək. Təlimlərdə 140-dan çox təyyarə, 73 yerüstü gəmi və 13 sualtı qayıq da daxil olmaqla 7800-dən çox texnika iştirak edir.

Təlimlərə həmçinin Rusiyadakı sınaq poliqonlarında ballistik və kruiz raketlərinin atılması da daxildir.

Təlimlərdə həmçinin Belarusda yerləşdirilən nüvə silahlarının hazırlanması və istifadəsi məşq olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş