Səfirlik koronavirus səbəbindən iki həftə işləməyəcək
Rusiyanın Ermənistandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Bu barədə AYNA Rusiya mətbuatına istinadən xəbər verir.
Xəbərdə qeyd olunub ki, Ermənistandakı epidemioloji vəziyyətlə əlaqədar səfirliyin fəaliyyəti iki həftəlik dayandırılır.
Xatırladaq ki, Ermənistanda son sutka ərzində 2 241 nəfər koronavirusa yoluxub, bununla da virus akşar edilənlərin sayı 82 651 olub.