Sergey Lavrov: “Bu, dünya çoxluğunun təmsilçiliyini təmin etmək üçün lazımdır”
Rusiya hesab edir ki, Braziliya, Hindistan və Afrika qitəsi ölkələri BMT Təhlükəsizlik Şurasında daimi əsasda təmsil olunmalıdır. AYNA xəbər verir ki, bu barədə “aif.ru” saytına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Hindistan, Braziliya kimi ölkələr və onlarla birlikdə Afrika ölkələri uzun müddət BMT Təhlükəsizlik Şurasında daimi əsasda olmalı idilər. Bu, dünya çoxluğunun təmsilçiliyini təmin etmək üçün lazımdır”, - Lavrov vurğulayıb.