Rusiya, Azərbaycan və Ermənistan liderləri Soçidə görüşəcəklər

Xəbərlər

23.11.2021 - 16:32

Həkimlər Klinikalar SEO Xidməti

Putin Əliyev və Paşinyanla ayrı-ayrılıqda da müzakirələr aparacaq

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev  və Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 26-da Soçidə görüşəcəklər. AYNA xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Putinin təşəbbüsü ilə keçirilən görüşdə liderlərin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrasına baxılması, regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır. Təmas zamanı ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafına xüsusi diqqət yetiriləcək.

“Qarabağda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün atılacaq addımlar müəyyən ediləcək, - deyə qeyd olunub.

Bildirilib ki, Putinlə Əliyev və Paşinyan arasında ayrıca müzakirələrin aparılması da nəzərdə tutulur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş