Rumıniyada prezident seçkiləri keçirilib

Dünya

05.05.2025 - 10:56

Həkimlər Klinikalar SEO Xidməti

Birinci turunda George Simion qalib gəlib

Rumıniyanın Mərkəzi Seçki Bürosunun məlumatına görə, ifrat sağçı “Rumınların Birliyi Alyansı” Partiyasının lideri George Simion Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda qalib gəlib.

Səslərin 97,57%-nin hesablanmasından sonra məlum olub ki, Simion 40,14%, müstəqil namizəd, Buxarest meri Nikuzor Dan isə 20,65% səs toplayıb. Üçüncü yerdə Dandan cəmi 0,01% geri qalan hakim partiyanın namizədi Krin Antonesku qərarlaşıb.

Belə ki, namizədlərin heç biri 50%-dən çox səs toplaya bilməyib. Ona görə də mayın 18-də Rumıniyada ikinci tur keçiriləcək və bu turda birinci və ikinci olan namizədlər yarışacaqlar. Qələbənin həddən artıq kiçik olması səbəbindən seçkilərin ikinci turunda Simionun rəqibinin kim olacağı hələlik bəlli deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş