ABŞ dövlət katibi və Fransanın xarici işlər naziri arasında telefon danışığı baş tutub
ABŞ dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan-Noel Barro arasında telefon danışığı baş tutub. AYNA.AZ xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən məlumata görə, tərəflər Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması prosesini müzakirə ediblər.
Bildirilib ki, söhbət zamanı, həmçinin İranın nüvə proqramı, Qəzzada humanitar vəziyyət, Ukraynadakı müharibə və Sudandakı münaqişə ilə bağlı fikir mübadiləsi aparılıb.