Rubio və avropalı nazirlər Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə ediblər

Dünya

26.08.2025 - 15:03

Diplomatlar dmüharibəyə son qoymağa yönəlmiş diplomatik səyləri davam etdirmək barədə razılığa gəliblər

ABŞ dövlət katibi Marko Rubio Finlandiya, Fransa, Almaniya, İtaliya, Polşa, Böyük Britaniya və Ukraynanın xarici işlər nazirləri, həmçinin Avropa diplomatiyasının rəhbəri Kaya Kallasla Ukraynadakı münaqişənin diplomatik yolla həllini müzakirə edib.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, tərəflər “uzunmüddətli danışıqlar yolu ilə Rusiya-Ukrayna müharibəsinə son qoymağa yönəlmiş diplomatik səyləri davam etdirmək barədə razılığa gəliblər”.

CNN bunu şərh edərkən qeyd edir ki, Rubio “Avropa və Ukraynanın xarici işlər nazirləri ilə koalisiyanın Ukrayna üçün potensial təhlükəsizlik təminatlarının yaradılması üzrə işini müzakirə edib”.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsində təsdiqləyib ki, Kiyev “sülhə doğru növbəti addımlara” və “istənilən formatlarda və coğrafi regionlarda liderlər səviyyəsində görüşlərə hazırdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş