Rubio NATO-nun məqsədini şübhə altına alıb

Dünya

14.05.2026 - 17:14

“NATO tərəfdaşları sizin bu bazalardan istifadə etməyinizə icazə verməkdən imtina edirsə, bəs Alyansın mənası nədir?”

“İranla münaqişə zamanı bəzi NATO müttəfiqlərinin ABŞ-a hərbi bazalara giriş icazəsi verməkdən imtina etməsi Alyansın mövcudluğunun səbəbini şübhə altına alır”. AYNA.AZ xəbər verir ki, vy sözləri ABŞ dövlət katibi Marko Rubio "Fox News"a verdiyi müsahibədə deyib.

“NATO tərəfdaşları sizin bu bazalardan istifadə etməyinizə icazə verməkdən imtina edirsə, bəs Alyansın mənası nədir?” deyə o, İspaniyanı da belə ölkələrdən biri kimi qeyd edib.

Rubio bildirib ki, ABŞ-ın ittifaqla bağlı "qanuni sualları", o cümlədən məsuliyyət və xərclərin bölüşdürülməsi ilə bağlı sualları var: "Xüsusilə xərclərin üçdə ikisini ödədiyimizi nəzərə alsaq, bu, müzakirə edilməli olan tamamilə qanuni bir məsələdir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş