Rossbax: "Mənzil böhranının həlli barədə cəmiyyətlə razılığa gəlməliyik"

Xəbərlər

21.05.2026 - 10:41

“Yeni evlər tikmək lazımdırsa, həmin evlərin necə və hansı üslubda tikiləcəyini müəyyən etməliyik"

"Mənzil böhranının necə həll olunacağı barədə cəmiyyətlə razılığa gəlməliyik. Əgər qeyri-rəsmi yaşayış məntəqələrini nizamlamaq, yeni evlər tikmək lazımdırsa, həmin evlərin necə və hansı üslubda tikiləcəyini müəyyən etməliyik".

AYNA.AZ xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının ("UN-Habitat") icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" tədbirində bildirib.

O bildirib ki, torpaq mənzilin dəyər zəncirində ən bahalı element olduğu üçün fundamental əhəmiyyət daşıyır: "Torpaq bahadır və getdikcə qiyməti daha da artır. Biz inteqrasiyadan, ayrı-seçkiliyin aradan qaldırılmasından danışırıq. Şəhərin mərkəzi hissələrində tikinti aparmaq isə daha baha başa gəlir. Buna görə də evlərin harada tikiləcəyini planlaşdırmağa kömək edən mexanizmlərə və torpaq siyasətlərinə ehtiyacımız var. Torpaq sahələrinin əvvəlcədən ayrılması, istifadə olunmayan ərazilərdən yararlanmaq və mövcud tikililərin yenidən istifadəsi imkanlarını araşdırmaq vacibdir. Bütün bunların xərclərə təsiri var".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş