“Əgər ciddi zədə almasam, davam edəcəm"
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Millətlər Liqasının finalında İspaniya üzərində qələbədən (2:2, 5:3 pen.) sonra millidəki gələcəyini şərh edib.
AYNA.AZ xəbər verir ki, 40 yaşlı hücumçu bildirib ki, karyerasını bitirmək fikrində deyil - ən azı səhhəti imkan verdiyi müddətcə.
Jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində Ronaldonun sözlərini sitat gətirib: "Mənim neçə yaşım olduğunu bilirsiniz - sona başlanğıcdan daha yaxın olduğum göz qabağındadır. Amma hər andan həzz almalıyam. Əgər ciddi zədə almasam, davam edəcəm".
Qeyd edək ki, İspaniya ilə matçda Ronaldo zədələnərək 88-ci dəqiqədə əvəzlənib.