Messi “Barselona”da qalmaq qərarı verib

İdman

04.09.2020 - 15:44

Həkimlər Klinikalar SEO Xidməti

Ulduz futbolçu klubla qarşıdurma istəmir

 

“Barselona”nın hücumçusu Lionel Messi Kataloniya klubunda qalmağa qərar verib. AYNA bu barədə “Marca”-ya istinadən bildirir.

 

Nəşrin mənbəsi iddia edib ki, klubdan ayrılmaq istəyən hücumçu son bir neçə gündə fikrini dəyişib. Argentinalı daha bir mövsüm “Barsa”nın düşərgəsində qalacaq.

 

Qərarın əsas səbəbi “Barselona”nın müqaviləni birtərəfli qaydada ləğv etmək istəməməsidir. Messinin məhkəməyə müraciət etmək imkanı var, amma futbolçu klubla qarşıdurma istəmir.

 

Qeyd edək ki, Messinin əsas müştərisi İngiltərənin “Mançester Siti” klubudur.

 

Messi 2003-cü ildən bu yanadır ki, Kataloniya klubunda oynayır. Komanda ilə birlikdə on qat İspaniya çempionu və dörd qat Çempionlar Liqasının qalibi olub. Bundan əlavə, argentinalıda altı dəfə “Qızıl Top” mükafatı qazanıb. Messi komandadakı vəziyyətdən narazı olduğu üçün “Barselona”dan ayrılmaq qərarına gəlmişdi. Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya 2:8 hesablı biabırçı məğlubiyyət Messinin gedişini tezləşdirmişdi.

Müəllif: Ayna.az