Rodrigez ABŞ-ı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb

Dünya

27.02.2026 - 13:34

"ABŞ Prezidenti Donald Trampla dost və tərəfdaş olaraq ABŞ ilə yeni əməkdaşlıq gündəliyi açırıq”

Venesuelanın Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodrigez ABŞ Prezidenti Donald Trampı ölkəyə qarşı sanksiyaları və blokadanı ləğv etməyə çağırıb. AYNA.AZ xəbər verir ki, Rodrigez bu barədə "Venesuela" televiziya kanalı tərəfindən yayımlanan ictimai görüşdə bildirib.

"ABŞ Prezidenti Donald Trampla dost və tərəfdaş olaraq ABŞ ilə yeni əməkdaşlıq gündəliyi açırıq. Sanksiyalara və vətənimizə qarşı blokadaya son qoyun. Çünki bu blokada həm də Venesuela gənclərinə qarşı yönəlib", - deyə qeyd edib.

Rodriges vurğulayıb ki, "heç kim Venesuelanı müstəqilliyindən və damarlarında azadlıqsevərlərin qanı olan gənclik hüququndan məhrum etməməlidir".

O sanksiyaların və blokadanın ləğvinə çağırıb, çünki ABŞ Prezidenti özünü "Venesuelanın dostu və tərəfdaşı" elan edib.

Rodrigez bildirib ki, Venesuela gəncləri ABŞ hərbi əməliyyatı zamanı əsir götürülərək ölkədən çıxarılan respublikanın qanuni Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə dəstək verir. O bildirib ki, Venesuela daxili bölünmələri həll etməli və diplomatiya yolu ilə sülhü bərpa etməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş