Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

Xəbərlər

16.07.2023 - 20:44

İmtahan nəticələri yaxın günlərdə elan olunacaq

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirilib. AYNA xəbər verir ki, bu barədə DİM-dən bildirilib.

Qeyd olunub ki, imtahanların keçirilməsi üçün ümumilikdə 5 imtahan binası, 13 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 96 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə) və 5 bina nümayəndəsi ayrılıb.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş