“Rezanın daxili Odisseyası” - Fotosərgi davam edir

Mədəniyyət

09.09.2022 - 17:44

Sərgi Azərbaycanla Fransa arasında diplomatik münasibətlərin 30-cu ildönümünə həsr edilib

Heydər Əliyev Mərkəzində açılan “Rezanın daxili Odisseyası” adlı fotosərginin vaxtı sentyabrın 15-dək uzadılıb.

AYNA xəbər verir ki, Heydər Əliyev Fondu, Fransa Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutunun birgə təşkil etdiyi sərgi Azərbaycanla Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr edilib.

Qeyd edək ki, dünyaşöhrətli fotoqraf Reza Deqatinin əsərlərindən ibarət sərginin açılışı iyunun 28-də olub. Sərgidə fotoqraf Reza Deqatinin müxtəlif illərdə Azərbaycana və Fransaya səyahətləri zamanı çəkdiyi fotolar yer alıb. Bu əsərlər ziyarətçilərə Azərbaycan və Fransaya poetik və duyğulu səyahət təklif edir.

Müəllif: Ayna.az