Ruhəngiz Qasımova dəfn edilib

Mədəniyyət

12.10.2022 - 16:58

Əməkdar incəsənət xadimi Yasamal qəbiristanlığındakı ailə məzarlığında torpağa tapşırılıb

Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilib. AYNA APA-ya istinadən xəbər verir ki, vida mərasimi Təzə Pir məscidində təşkil edilib.

Mərasimdə mərhumun ailəsi və yaxınları ilə yanaşı, sənət dostları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qızı Canana Süleymanlı anasının vəfat səbəbindən danışıb: "Anam böyrək çatışmazlığından vəfat elədi. Amma bir anda bütün orqanları fəaliyyətini dayandırdı. Ümumiyyətlə, atamın vəfatı ona çox pis təsir etmişdi. Xəstəxanada mənə son sözü o oldu ki, uşaqlara yemək bişirməyi unutma. Mən də dedim ki, niyə unuduram ki? Hələ sən özün də bişirəcəksən. Yəni çox gözlənilməz şəkildə vəfat elədi".

Oğlu İlkin Süleymanov Ruhəngiz xanımın səhhətindən şikayət etmədiyini deyib: "Şəkəri də var idi, amma belə xəstəliyi yox idi. Güclü qadın idi, möhkəm idi. Əslində, o səbəbdən rahatam ki, yataq xəstəsi olmadı, mən onu o vəziyyətdə görmədim. Amma həm də mənə toxunur ki, son nəfəsində yanında ola bilmədim. Çox təəssüf. Allah rəhmət eləsin".

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Ruhəngiz Qasımovanın daima xatirələrdə yaşayacağını qeyd edib. "Biz hamımız bir gün gedəcəyik, bu təbiətin qanunudur. Bizi yaşadan özümüzdən sonra qoyacağımız mirasdır. Ruhəngiz xanımın mirası onun sənət əsərləri, gözəl bəstələridir", - Firəngiz Əlizadə deyib.

Xalq artist Murad Dadaşov da mərhum bəstəkar haqqında fikirlərini bölüşüb: “Gözəl insan, gözəl dost, həm də gözəl bəstəkar idi. Vallah, yaxşı yaşadı, dünyanı gəzdi, balalarının, nəvələrinin xoş gününü gördü. Azərbaycan üçün gözəl mahnılar bəstələdi. Allah rəhmət eləsin, ruhu şad olsun”.

Ruhəngiz Qasımova ilə vida mərasimi yekunlaşdıqdan sonra cənazə Yasamal qəbiristanlığına aparılıb. Əməkdar incəsənət xadimi Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn edilib.

Allah rəhmət eləsin!

Ruhəngiz Qasımova dəfn edilib Ruhəngiz Qasımova dəfn edilib Ruhəngiz Qasımova dəfn edilib
Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə