Rəsmi İrəvan: "Aİ missiyası ilkin olaraq iki il müddətinə yerləşdiriləcək"

Dünya

22.04.2026 - 14:33

"Missiyanın fəaliyyəti institusional potensialın inkişafına töhfə verəcək"

“Ermənistan Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının Ermənistan Respublikasına yeni Aİ mülki missiyasının göndərilməsi qərarını alqışlayır. Missiyanın məqsədi Ermənistanın demokratik dayanıqlığının gücləndirilməsini dəstəkləmək və dezinformasiya, kiberhücumlar və qanunsuz maliyyə axınları ilə mübarizə səyləri də daxil olmaqla hibrid təhdidlərə qarşı mübarizə aparmaqdır”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözlər Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında əksini tapıb.

Bildirilib ki, “missiya ilkin olaraq iki il müddətinə göndəriləcək və yuxarıda qeyd olunan sahələrdə institusional potensialın inkişafına töhfə verəcək və Ermənistan cəmiyyətinin mövcud çətinliklərə qarşı dayanıqlığını artıracaq”.

“5 mayda keçiriləcək ilk Ermənistan-Aİ sammiti ərəfəsində Ermənistan Respublikasının xahişi əsasında qəbul edilmiş mülki missiyanın göndərilməsi qərarı Ermənistan-Aİ strateji tərəfdaşlıq gündəliyindən irəli gələn daha bir birgə təşəbbüsdür”, - deyə vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş