Rəmiş xəstəxanaya çox ağır halda, huşu qapalı vəziyyətdə yerləşdirilib

Xəbərlər

04.02.2021 - 16:53

Bakı Sağlamlıq Mərkəzi Xalq artistinin səhhəti ilə bağlı açıqlama yayıb

 

Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb. AYNA xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzi məlumat yayıb.

 

Məlumatda qeyd edilib ki, Rəmiş yanvar ayının 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib: "Rafiq Hüseynov mərkəzimizə çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil olub. Son dövr qaraciyər yetməzliyi və bir sıra yanaşı xəstəlikləri səbəbindən xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. İntensiv müalicə nəticəsində vəziyyəti nisbətən stabilləşib, huşunda aydınlaşmışma müşahidə olunub”.

 

“Hazırda müalicəsi davam etdirilməsinə baxmayaraq vəziyyəti hələ də orta ağır olaraq qiymətləndirilir", - məlumatda bildirilib.

Müəllif: Ayna.az