Ümumilikdə 38 517 nəfər virusa yoluxub
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 15-nə olan statistik göstəriciləri açıqlayıb.
AYNA xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 953 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 111 nəfər reanimasiyada, 10 nəfər isə süni tənəffüs cihazındadır. Öncəki gün bu rəqəmlər müvafiq olaraq 115 və 12 idi.
Ümumilikdə 38 517 nəfər virusa yoluxub, 35 998 nəfər sağalıb, 566 nəfər vəfat edib.
Sentyabrın 15-də 6 921 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 020 029 test aparılıb.
Qeyd edək ki, ötən gün 114 koronavirusa yoluxma faktı qeydə alınıb, 138 nəfər sağalıb, 2 nəfər ölüb.