Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

Cəmiyyət

18.09.2020 - 01:12

Həkimlər Klinikalar SEO Xidməti

Ümumilikdə 38 777 nəfər virusa yoluxub

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 17-nə olan statistik göstəriciləri açıqlayıb.

 

AYNA xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 917 nəfər aktiv koronavirus xəstəsi var.

 

Onlardan 112 nəfər reanimasiyada, 9 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 115 və 8 idi.

 

Ümumilikdə 38 777 nəfər virusa yoluxub, 36 289 nəfər sağalıb, 571 nəfər vəfat edib.

 

Sentyabrın 17-də 7 601 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 035 286 test aparılıb.

 

Qeyd edək ki, ötən gün 119 koronavirusa yoluxma faktı qeydə alınıb, 140 nəfər sağalıb, 2 nəfər ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş