Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

Cəmiyyət

01.09.2020 - 00:56

Həkimlər Klinikalar SEO Xidməti

Ümumilikdə 36 435 nəfər virusa yoluxub

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 31-nə olan statistik göstəriciləri açıqlayıb.

 

AYNA xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 2 054 nəfər aktiv koronavirus xəstəsi var.

 

Onlardan 141 nəfər reanimasiyada, 13 nəfər isə süni tənəffüs cihazındadır.

 

Ümumilikdə 36 435 nəfər virusa yoluxub, 33 847 nəfər sağalıb, 534 nəfər vəfat edib.

 

Ötən gün 5 042 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 922 069 test aparılıb.

 

Qeyd edək ki, ötən gün 126 koronavirusa yoluxma faktı qeydə alınıb, 144 nəfər sağalıb, 3 nəfər ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş