Rahmon Putinə zəng edib

Dünya

06.07.2021 - 09:44

Həkimlər Klinikalar SEO Xidməti

Tacikistan və Rusiya prezidentləri Əfqanıstandakı hərbi-siyasi vəziyyəti müzakirə ediblər

 

Tacikistan Prezidenti Emamali Rahmon Rusiyanın dövlət başçısı Vladimir Putinə telefonla zəng edərək son günlər Əfqanıstanda yaranan hərbi-siyasi vəziyyəti müzakirə ediblər. AYNA xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

 

Prezidentlər son günlər Əfqanıstanın şimal və şimal- şərqində, Tacikistan və digər Mərkəzi Asiya dövlətləri ilə həmsərhəd ərazilərdə yaranan hərbi-siyasi vəziyyətin gərginləşməsi, təhlükələrə qarşı birgə işin əlaqələndirilməsini müzakirə ediblər.

 

Bununla yanaşı, Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi, tacik sərhədçilərinin material-texniki bazasının yaxşılaşdırılması, bu istiqamətdə hər iki ölkənin əlaqəli qurumları arasında fəaliyyətin gücləndirilməsi, beynəlxalq və regional məsələlər barədə ölkə başçıları fikir mübadiləsi aparıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş