Quyuya düşən 87 yaşlı qadın xilas edildi – VİDEO

Hadisə

06.06.2023 - 16:19

Xilasedicilər qadını dərinliyi təqribən 6-7 metr olan su quyusundan çıxarıblar

Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəran rayonunun Tütəpeştə kəndində su quyusuna düşən şəxsin xilas edilməsinin görüntülərini paylaşıb.

AYNA-nın xəbərinə görə, məlumatda qeyd olunub ki, FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri 1936-ci il təvəllüdlü Arifə Cahangirovanı dərinliyi təqribən 6-7 metr olan su quyusundan çıxarıblar.

 

Müəllif: Ayna.az