Qusarda Lermontovun abidəsi ucaldılacaq

Xəbərlər

11.03.2024 - 08:07

cedabet dərman SEO Xidməti

“Lermontov axşamları” ədəbi-poeziya festivalı da nəzərdə tutulub

Dahi rus şairi Mixail Lermontovun 210 illik yubileyi ilə əlaqədar Qusar şəhərində onun abidəsinin ucaldılması nəzərdə tutulur.

AYNA xəbər verir ki, abidə Qafqazda xidmət etdiyi dövrdə orada yaşamış Lermontovun ev-muzeyinin qarşısındakı ərazidə yerləşdiriləcək.

Həmçinin, “Lermontov axşamları” ədəbi-poeziya festivalı da nəzərdə tutulub.

Azərbaycan Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının rəhbəri Lyubov Yakunina Tarxanıdakı Lermontov Muzey-Qoruğunun əməkdaşlarını və milli mədəniyyət xadimlərini festival iştirakçılarına qoşulmağa dəvət edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş