“AK-74” və “Makarov PM” aşkar edərək götürülüb
Qusarda avtomat və tapança tapılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisindən 1 ədəd “AK-74” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı, 1 ədəd “Makarov PM” markalı tapança, 1 ədəd həmin silaha məxsus patron darağı və 36 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.
Fakt üzrə Qusar RPŞ-də müvafiq araşdırma aparılır.