Qüdrət İsaqov vəfat edib

Xəbərlər

03.02.2025 - 18:49

Həkimlər Klinikalar SEO Xidməti

Alim 75 yaşında dünyasını dəyişib

Tanınmış alim, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildirilib.

Qeyd edilib ki, alim 75 yaşında dünyasını dəyişib.

Q.İ.İsaqov yarımkeçiricilər fizikası, yarımkeçirici-metal, yarımkeçirici-ifratkeçirici evtektik kompozisiyalarda klassik və kvant elektron prosesləri, günəş energetikası, ekologiya və s. sahələrdə 100-ə yaxını xaricdə dərc olunmaqla 150-dən çox elmi məqalələrin və 3 ixtiranın müəllifi idi.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş