Qubada avtomobil su kanalına düşüb - FOTO

Xəbərlər

01.12.2023 - 20:49

Bağbanlı kənd sakini xəsarət almadan maşından çıxa bilib

Qubada minik avtomobili su kanalına düşüb. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində baş verib.

Beləki, avtomobildə tək olan sürücü Quba rayonu Bağbanlı kənd sakini Ramin İsmixanov xəsarət almadan maşından çıxa bilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Qubada avtomobil su kanalına düşüb -
Müəllif: Ayna.az