Qriqoryan: “Ermənistanla Rusiya arasında münasibətlərdə problemlər var”

Dünya

27.09.2024 - 14:53

Həkimlər Klinikalar SEO Xidməti

“Biz tarazlığı saxlamalı və bütün tələləri aradan qaldırmağa çalışmalıyıq”

“Ermənistanla Rusiya arasında münasibətlərdə problemlər var. İki ölkə bunları həll etməyə çalışmalıdır”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri jurnalistlərə müsahibəsində Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan deyib.

“Ermənistan-Rusiya münasibətlərində problemlər var. Amma hesab edirəm ki, biz tarazlığı saxlamalı və bütün tələləri aradan qaldırmağa çalışmalıyıq”, - deyə Baş nazirin müavini vurğulayıb.

Qriqoryan bildirib ki, bir çox problemlər yaranır, onların izahı tam verilmir: "Düşünürəm ki, biz problemləri anlamağa və düzgün qərarlar qəbul etməyə çalışmalıyıq".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş