Qonşular dalaşdı, 4 nəfər xəstəxanalıq oldu

Hadisə

24.03.2020 - 07:28

Həkimlər Klinikalar SEO Xidməti

Faktla bağlı araşdırma aparılır

 

Göygöldə döylümə faktı qeydə alınıb. AYNA xəbər verir ki, hadisə rayonun Murovdağ qəsəbəsində qeydə alınıb.

 

Qəsəbədə məskunlaşan Kəlbəcər rayon sakini, 1987-ci il təvəllüdlü Əliyev Elgün Gəncəli oğlu həmyerlisi 1991-ci il təvəllüdlü Qasımov Alim Nadir oğlu ilə dava edib. Dava zamanı hər iki tərəf xəsarət alıb. Nəticədə Elgün Əliyev və onun həyat yoldaşı - 1991-ci il təvəllüdlü Əliyeva Aynur Hayistan qızı və qarşı tərəfdən olan Qasımov Alim Nadir oğlu, onun qardaşı 1994- cü il təvəllüdlü Qasımov Röyal Nadir oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Xəstələrin vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Qeyd edək ki, hadisə iki qonşunun arasında baş verib. Dava-dalaşa səbəb isə sözügedən şəxslərin birinin övladının digərin həyətinin qapısını açıq qoyması olub.

 

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır. (APA)

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş