“Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb”

Aktual

29.10.2020 - 13:22

Prezidentin köməkçisi: “Digərləri də öz paylarını alacaqlar”

 

“Ermənistan etdiyi hərəkətə görə döyüş meydanında cəzalandırılır. Bütün cəbhə xətti boyunca Azərbaycan düşmənin layiqli cavabını verir, cinayətlərin törədilməsi barədə əmr verən düşmənin hərbi komandirləri bir-bir məhv edilir”. AYNA xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

H.Hacıyev bildirib ki, Xocalı soyqırımını törədənlərin çoxunun cavabını Azərbaycan ordusu verib: “Artıq mətbuatda da məlumat var ki, qondarma rejimin “müdafiə naziri” artıq cəhənnəmə yola salınıb. Digərləri də öz paylarını alacaqlar”.

Müəllif: Ayna.az