“Bunkerdə gizlənən Araik Arutunyan ağır yaralanıb” – <font color=red> RƏSMİ</font>

Aktual

04.10.2020 - 13:55

Hikmət Hacıyev: “Arutunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan Ordusu səni orada da tapdı”

 

“Hazırda bu atəşin qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri Araik Arutunyanın əmri ilə işğal olunmuş ərazilərdən endirildiyi bildirilir. Mən burdan Araik Arutunyana müraciət etmək istəyirəm. Araik Arutunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan Ordusu səni orada da tapdı. Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutunyan ağır yaralanıb. Digər separatçıları da eyni aqibət gözləyir”.

 

AYNA xəbər verir ki, bu sözləri brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

Prezidentin köməkçisi qeyd edib ki, şəhər və kəndlərin hədəf alınması Ermənistanın 30 ildən çox davam edən işğalçılıq siyasətinin tərkib hissəsidir: “Ermənilər tərəfindən Azərbaycanın şəhərlərinə kasetli bombalar atılır. Ermənistan terrorçu dövlətdir. Azərbaycan bu hücumların heç birini cavabsız qoymur”.

Müəllif: Ayna.az