Azərbaycanda peyvəndləmənin başlayacağı tarix açıqlanıb

Aktual

29.12.2020 - 16:12

Həkimlər Klinikalar SEO Xidməti

2021-ci il, yanvarın əvvəlindən etibarən COVID-19-a qarşı peyvənd vurulması planlaşdırılır

 

Azərbaycanda koronavirusa qarşı peyvəndin tətbiq olunacağı vaxt açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

Onun sözlərinə görə, 2021-ci il, yanvarın əvvəlindən etibarən COVID-19-a qarşı peyvənd vurulması planlaşdırılır: “Türkiyə və Azərbaycan vətəndaşları eyni vaxtda koronavirusa qarşı peyvənd olunacaq”.

 

“Türkiyənin seçdiyi vaksinə güvənirik. Biz də eyni peyvənddən almağa qərar verdik. Bununla bağlı müqavilələr bağlanıb. Hər sahədə olduğu kimi pandemiya ilə savaşda da biz Türkiyə ilə eyni yolu davam edəcəyik”, - deyə o qeyd edib.

Müəllif: Ayna.az