Qızılın qiyməti rekord həddə çatıb

Xəbərlər

04.04.2024 - 00:35

cedabet dərman SEO Xidməti

Qızıl fevralın ortalarından bəri 15% bahalaşıb

Dünyada qızılın qiymətləri bir unsiya üçün 2 315 dollara qədər artaraq tarixi maksimuma çatıb.

AYNA "Report"a istinadən xəbər verir ki, aprelin 3-də səhər saatlarında qiymətli metalın qiyməti ilk dəfə 2 300 dollar həddini keçərək 1 unsiyası üçün 2 305 dollar təşkil edib.

Təhlükəsiz aktiv hesab edilən qızıl fevralın ortalarından bəri 15% bahalaşıb. Kotirovkaların artımı həmçinin Yaxın Şərqdə münaqişənin genişlənməsi qorxusundan qaynaqlanır.

Pik nöqtəsinə çatdıqdan sonra qızıl cüzi korrektə edərək, əvvəlki bağlanışdan 0,25% artaraq bir unsiya üçün 2,324 dollara satılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş